Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan hökumətinə ünvanlanmış sərt bəyanatını Moskvanın Yerevana son xəbərdarlığı kimi dəyərləndirmək olar”.

Bunu rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib. Ekspertin sözlərinə görə, Nikol Paşinyanın razılaşmaları icra etmədiyi, siyasi rəqibləri təqib etməmək vədlərini yerinə yetirmədiyi aydın olub.

Millət vəkili Sahib Alıyev Mixaylovun bu açıqlamasını Metbuat.az-a belə şərh edib:

“Rusiya Minsk qrupunun həmsədrlərindən biridir. Vasitəçi kimi missiyası Dağlıq Qarabağ probleminin həllində beynəlxalq normalara uyğun, ədalətli, vasitəçilik missiyasına cavab verən mövqe tutmasıdır. Bu mövqe hansısa bir geosiyasi çıxarlara bağlı olmamalıdır. O məqam isə bununla bağlıdır ki, onlar Azərbaycandan ermənilərin ağlını başına gətirmək üçün istifadə etməməlidir. Öz torpağımız uğrunda son damla qanımız qalanadək, son nəfəsimizə kimi mübarizə aparmalıyıq və aparacağıq da. Ermənistanın işğalçılıq siyasəti regionda düşmənçiliyə səbəb olub. Bizim Ermənistana yanaşmamız Rusiya-Ermənistan əlaqələri ilə bağlı deyil. Bizim Ermənistana yanaşmamızın kökündə bu ölkənin yeritdiyi işğalçılıq siyasəti dayanır.

Rusiyanın Ermənistana silah verib-verməməsi məsələsinə gəldikdə, fikrimcə, Rusiya işğalçı dövlətə silah əvəzinə ağıl, məsləhət verməlidir. Ona görə ki, özündən qat-qat güclü dövlətin torpaqlarını işğal altında çox saxlaya bilməyəcəksən. Tez, ya da gec, bir gün bu sənin üçün fəlakətə səbəb olacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sərnişinlərə ŞAD XƏBƏR - Bakıya YENİ AVTOBUSLAR gətiriləcək – TIKLAYIN!