İyul ayı ərzində qanunsuz ov edənlərə 22 min manat cərimə tətbiq edilib.
Ekologiya vəTəbii Sərvətlər Nazirliyindən
Publika.az-a verilən məlumata görə, iyul ayı
ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları
tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq
təsərrüfatlarında reydlər keçirilib.
Reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun
pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə
22854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq
olunub.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam
etdirilir.