Gəncə Dövlət Universitetində tələbələrlə görüş
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 21-də Gəncə Dövlət Universitetində “Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək” mövzusunda tələbə-gənclərlə görüş keçirilib. Görüş “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsi çərçivəsində təşkil olunub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, universitetin mətbuat xidmətinin rəhbəri Maqbet Əhmədov tədbiri açaraq şəhərdə media orqanlarının fəaliyyətindən danışıb. O bildirib ki, Gəncədə qəzet və jurnallarla yanaşı, internet media resurslarının sayı da durmadan artmaqdadır. M.Əhmədov tələbə-gənclərin şəhərin ictimai həyatında mühüm rol oynadıqlarını diqqətə çatdıraraq “Tələbə-gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsinin onların səmərəli fəaliyyətinə dəstək baxımından əhəmiyyət daşıyacağına əminliyini vurğulayıb.
“RUH” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, layihənin məqsədi ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələrin jurnalistika ixtisasına marağını artırmaqdan, onların jurnalistika fakültələrinin magistr pilləsində təhsillərini davam etdirmələrini stimullaşdırmaqdan ibarətdir.
Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə çıxışında Azərbaycan mətbuatının tarixindən, müasir dövrdəki inkişaf xüsusiyyətlərindən, qloballaşma dövründə medianın funksiya və vəzifələrindən, həmçinin ənənəvi mediadan onlayn mediaya keçid müstəvisində meydana çıxan xarakterik vəziyyətlərdən bəhs edib.
Maraqlı müzakirə şəraitində keçən görüşdə tələbə-gənclər layihənin əhəmiyyətini vurğulayaraq, demokratik cəmiyyət quruculuğu prosesinin dərinləşməsi baxımından jurnalistikanın önəmindən danışıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10