Dünyanın ən məşhur müğənni və aktrisalarından biri, amerikalı Cennifer Lopes dünən ABŞ-ın Bostone şəhərində gəzintidə idi.

Milli.Az TMZ-yə istinadən bildirir ki, o, anası Quadelupe Rodriges və sevgilisi Aleks Rodrigeslə birlikdə "Fenway Park"da olub.

Bu arda 49 yaşlı "Cey Lo" tanınmış "Niyama Sol" brendi ilə əməkdaşlığa başlayıb.

"Yoqa səfiri" titulu almış Lopes tanınmış modelyerlər Rod Zanqardi və Mariel Haenna ilə birlikdə yeni leqqins kolleksiyası hazırlayacaq.

Gəzintidən sonra Cennifer Lopes "Boston Soks" beysbol klubunun matçına yollanıb.

Milli.Az