Müğənni Samira Allahverdi məşhur ifaçı Cessi Cinin repertuarından "Thuder" mahnısını oxuyub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bəstənin sözlərini Azərbaycan dilində Sevinc Şirin yazıb.

"Çağırış" adı verilən mahnıya sənətçi ötən gün klip çəkdirib. Ekran işinin rejissoru Ülviyyə Könüldür.

S.Allahverdi klipi "Bakı-2015" Avropa Oyunlarına həsr etdiyini bildirib:

"Oyunlara çox az qalıb. İdmançılarımızı dəstəkləmək üçün Cessi Cinin repertuarından gözəl bir mahnını seçib Azərbaycan dilində sözlər yazdırdım".

Milli.Az