“Bu ilin sonuna kimi neft qiymətləri rekord həddə çata
bilər”.
Publika.az xəbər verir ki, bu barədə “Energy Aspects
Petrol” mərkəzinin direktoru Amrita Sen deyib.
Onun sözlərinə görə, ilin dördüncü rübündə neft qiymətləri 80
dollar olacaq: “İran nefti bazardan çəkiləcək, buna görə də hətta
qiymətlər 90 dollardan çox ola bilər.
“Bir çoxları Çinin İranın bütün neftini ala biləcəyini deyir. Lakin
Çin bildirdi ki, neft idxalını artırmayacaqlar. Yəni neftin
satışında azalma ola bilər, bu da qiymətin artmasına səbəb olacaq.
İranın neft istehsalını gündə 1,5 milyon barel azaltması və
Tehranla Vaşinqton arasındakı qarşıdurma ilin sonuna kimi neft
qiymətlərinin pik həddə artması ilə nəticələnə bilər”, - deyə A.
Sen bildirib.
Asif