"Güc bədəndə yox, əyilməz ruhdadır". Milliyyətcə kürd olan Coanna Palani əfsanəvi Mahatma Qandinin bu deyimini çox sevir.

Milli.Az İndependent-ə istinadən bildirir ki, İraqın Ramadi şəhərində, qaçqın düşərgəsindəki kürd ailəsində doğulmuş Coannanın valideynləri Danimarkaya mühacirət etmişdilər.

9 yaşında ilk dəfə tüfəngdən atəş açan Coanna daha sonra sərrast atışları öyrənib.

Kopenhagendə kollecdə oxuyan Coanna üç il əvvəl Suriyanın şimalına yollanaraq orada kürdlərin PKK terror təşkilatının yerli YPG qruplaşmasına qatılıb.

Tələbə qız snayper idi və o, İŞİD-in 100 terrorçusunu məhv edib.

Bir il Suriyada döyüşən Coanna Palani vətənə qayıdan kimi həbs olunub. Lakin bir müddət sonra Danimarkanın Ali Məhkəməsi onu azad edib.

Hazırda C.Palanini Suriyanın Hərbi Tribunalı və İŞİD axtarır.

Milli.Az