Sumqayıt şəhərində 71 yaşlı kişi intihara cəhd edib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov özünü yaşadığı binanaın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla