Dünya şöhrətli pop ulduzu Cenifer Lopes hər dəfə geyimləri və üslubu ilə modaprəstləri ilhamlandırır.
Publika.az xəbər verir ki, bir neçə gün əvvəl “Versace”dən olan cins çəkmələri və ağ, bol kəsimli köynəyi ilə tənqid hədəfi olan ulduz Nyu-York küçələrində görüntülənib. Ulduz bu dəfə ağ şalvarı və güllü köynəyi ilə diqqət çəkib.

Yeri gəlmişkən, güllü donlar, ətəklər, köynəklər, hətta şalvarlar yayın əsas trenidir. Dizaynerlər yayın al-əlvan çiçəklərini geyimlərin üsərində əks etdirib. Odur ki, mövsüm bitməmiş bu dəbə ayaq uydurmağa tələsən. Şifon və ya ipək kimi yüngül parşalardan tikilər güllü köynəklər cinslərlə və təkrəng şalvarlarla əla görünür.
Sizin üçün bir nümunə təqdim edirik: