06.08.2018
07:48
İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyi bildirib.
Agentliyin məlumatına görə, zəlzələ nəticəsində yüzlərlə insan xəsarət alıb, minlərlə insan təhlükəsiz yerlərə təxliyyə olunub. Zəlzələ nəticəsində bir neçə min evə ziyan dəyib.
-----------------
05.08.2018
23:06
İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, onlarla insan xəsarət alıb.
Bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinə istinadən "DPA" nəşri məlumat yayıb.
Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.
--------
20:06
İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində 16 nəfər həyatını itirib.
Milli.Az "Report"a istinadən bildirir ki, yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.
---------
19:21
İndoneziyanın Lombok adasında 6,6 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.
Dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat yoxdur.
Milli.Az