Əksər fəqihlərin nəzəri budur ki, ata dünyasını dəyişdikdən sonra onun qəzaya verdiyi oruc və namazları böyük oğula vacib olur.

Bəzi fəqihlər ata ilə yanaşı ananın da qəza namaz və oruclarını böyük oğula vacib bilmişlər.

Böyük oğul istərsə ya özü icra edə bilər, yaxud pulla əcr (muzdu)  tuta bilər. Valideyinlər yalnız dünyasını dəyişdikdən sonra bu işlər böyük oğula vacib olur.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, həmçinin hansı halda vacib olmasında da iki nəzər var: Bir qism fəqihlər valideynin müəyyən üzr olduğu halda qəza olmuş ibadətlərin, digər qism fəqihlər isə hər bir halda qəza olmuş ibadətlərin qəzasını böyük oğula vacib bilirlər.

Hasnsı böyük oğula vacib olması barədə fəqihlərdən sual olunub. Bu barədə olan bəsi sualları nəzərinizə çatdırırıq:

1- Əgər böyük oğul dünyasını dəyəşibsə bu halda deyilən qəza ibadətləri kimə vacıb olur?

Ayətullah Xameneyi- Deyilən halda qəza ibadətləri atanın ölüm vaxtı böyük kimdirsə o oğula vacib olur. Fərqi yoxdur ya birinci oğul olsun, ya birinci övlad olsun.

2- Əğər birinin qızı böyük, oğulu kiçikdirsə bu halda ata və ananın qəza namaz və orucları oğula vacib olurmu?

Ayətullah Xameneyi- Bəli deyilən fərzdə oğula vacib olur.

3- Böyük oğul dedikdə  məqsəd kimdir?

Ayətullah Behcət: Atanın ölüm vaxtı digər oğullardan böyük olsun.

4- Əgər kişinin oğlu olmasa qızına vacib olurmu?

Ayətullah Behcət: Xeyir, vacib olmur.

5-Əgər bir kişinin eyni yaşda iki övladı olsa hansına vacib olur?

Ayətullah Behcət: Gərək aralarında bölüşsünlər. Hər ikisinə vacibi kifayidir( biri icra etsə digərinin öhdəsindən düşür).

Milli.Az