Emu yumurtası orqanizm üçün toyuq yumurtası qədər faydalıdır. Ondan toyuq yumurtası kimi istifadə etmək olur. Emu yumurtasının çəkisi 450-1800 qrama qədər ola bilir. Ən böyük emu yumurtasının diametri isə 18,67 sm, çəkisi isə 2350 qram olub və bu Çində qeydə alınıb. Emu yumurtasının qabığı yaşıl-qara, qalın və sığallı olmağına baxmayaraq onu sındırmaq çox asan olur. Bu yumurta parlaq sarı rəngdən və rəngsiz, şəffaf züllalı hissədən ibarətdir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, emu yumrtasını marketlərdən və satış məntəqələrindən tapmaq mümkün deyil. Onu emuların yetişdirilməsi ilə məşğul olan fermalardan almaq olur. Emu quşu öz yumurtasını yaz-yay aylarında özündə gəzdirir və yumurtlayır. Bu yumurta çox böyük olur və onu bişirmək üçün 75-80 dəqiqə zaman lazım gəlir.
Bəzi Polşa restoranlarında emu yumurtasını 10 adam arasında eyni ölçüdə bölüşdürüb servis edirlər. Qida sənayesindən ondan müxtəlif qidaların hazırlanmasında istifadə edilir. Emu yumurtasını soyuducuda qabığının tamlığı pozulmadan 3 ay, tamlığı pozulduqda isə 2-3 gün saxlamaq mümkündür. 100qr emu yumurtasının qida dəyəri:
- Zülallar - 14 qr
- Yağlar - 13,5 qr
- Karbohidratlar - 1,5 qr
- Su - 74 qr
- Kalori - 160kKal.
Emu yumurtası dietik qidalardandır. Buna səbəb isə onun tərkibində olan xolesterinin midqarının tamamilə az olmasıdır. Bu yumurtanın tərkibində olan zərərli maddələrin midqarı digər yumurtaların tərkibində olan zərərli maddələrdən çox azdır. Onun tərkibi vitamin və minerallarla zəngindir. Emu yumurtasının tərkibində olan doymamış turşular ürək-damar sisteminin möhkəmlənməsinə səbəb olur. Qida sənayesində emu yumurtasından müxtəlif qidaların, qəlyənaltıların hazırlanması zamanı istifadə edilir. Emu yumurtasını bişirdikdən sonra dilimləyərək duz, qorçiçnik və kərə yağı sürtdükdə dadlı səhər yeməyi olur. Bir çox ölkələrin restoranlarında stolların "skrembl" adlı yeməyi emu yumurtası ilə hazırlanır.
Emu yumurtasının zərərli xüsusiyyətləri
Emu yumurtasının tərkibi toyuq yumurtasına çox yaxındır. Onu yanlız yağlı və xolesterollu qida maddələri ilə hazırladıqda orqanizm üçün zərərli ola bilir. Toyuq yumurtasına allergiyası olanlar emu yumurtası yeyərkən diqqətli olmalıdırlar. Bu onlarda da allergiya əlamətlərinin meydana çıxmasına səbəb ola bilir.
Milli.Az
Emu yumurtasının faydaları
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu bürclər üçün şans qapıları açılır
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10