Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayon ərazisində baş vermiş münaqişə nəticəsində 1965-ci il təvəllüdlü yerli sakin Məmmədov Kamran Sabir oğlu döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Münaqişənin motivi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az