Şəki şəhərində zəhərlənmə hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, 26-cı rayon, Nəriman Nərimanov küçəsi, ev 9 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Abdurəhmanova Könül Elman qızı sirkə turşusu içərək zəhərlənib. O, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, hadisə yanlışlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az