Fil balaları bəzən uşaqlara çox bənzəyirlər. Onlar da uşaqlar kimi dəcəllik edir, bəzənsə ağlayır, qışqırır, bu minvalla ananın diqqəti cəlb etməyə çalışırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Cənubi Afrika Respublikasındakı Krüger Milli Parkında maraqlı olay yaşanıb.

Yol kənarı ilə gedən ana fil savannaya üz tutub. Onun balası isə yoldan çıxmaq istəməyib.

Əvvəlcə özünü yerə yıxan fil balası anasının ona baxmadığını görəndə qışqırıb, diqqət cəlb etməyə çalışıb.

Lakin ana filin hiyləyə uymadığını görən bala sonda qalxaraq savannaya tərəf, anasının yanına qaçıb.

Milli.Az