Rusiyada yaşayan xanım sima nahiyyəsində yaranmış ləkələr və şişlərin səbəbini bilmək üçün həkimə müraciət edib.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, müayinələrdən sonra probleminsəbəbi üzə çıxıb. Məlum olub ki, xanımın dərisində qurd var. Xəstə həkimə gec müraciət etdiyindən onun dodaqlarındakı problem daha da inkişaf edib.

Bildirilir ki, həşəratların qadının üzünü sancması parazitlərin həmin nahiyyəyə düşməsinə səbəb olub. Zaman keçdikcə onlar inkişaf edərək, böyüyüb. Problemin aradan qaldırılması üçün xanım müalicə olunur.

Sübhan / METBUAT.az