Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report.az-a istinadən bildirir ki, şəhərin mərkəzi küçələrindən birində yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Cəmilli Murad Mətləb oğlu "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.
Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az