Aktrisa Hazar Ergüçlü rejissor sevgilisi Onur Ünlü ilə görüntülənib.

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, artıq sevgili olduqlarını gizlətməyən ikili Cihangirdə fotoqrafların hədəfinə tuş gəlib. Cütlüyün səmimi halları diqqətdən qaçmayıb. Nə Hazar, nə də Onur jurnalistlərin suallarını cavablandırmayıb.

Qeyd edək ki, aktrisanın 26, sevgilisinin isə 45 yaşı var. 

Milli.Az