Rejissor Yavər Rzayev Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə xalq artisti Oqtay Mirqasımovla dalaşması barədə yazılanlara aydınlıq gətirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, əməkdar incəsənət xadimi açıqlamasında münaqişəyə səbəb Oqtay Mirqasımovun filmdə barəsində deyilən sözü düz başa düşməməsi olduğunu deyib:
"Çəkdiyim filmdə işlədilən sözü düz anlamamışdı. Amma filmdə Oqtay Mirqasımovun filmləri barədə də danışılır. Sadəcə, Oqtay müəllim barədə deyilən ifadəni düz başa düşmədiyinə görə anlaşılmazlıq yarandı".
Yavər Rzayev O.Mirqasımovun "Biz orada Yavər müəllimlə zarafat etmişik" açıqlamasına da münasibət bildirib:
"Zarafatlaşmırdıq. Sadəcə orada böyük şey olmadı axı. Niyə bunu qalmaqal kimi təqdim edirsiniz?"
Milli.Az