Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə 1915-ci ildə baş vermiş və aylarla davam edən Çanaqqala döyüşünün 100-cü ildönümünü qeyd etməyə hazırlaşır.

Trend-in "Sabah"a istinadən verdiyi məlumata görə, Türkiyənin bütün şəhərlərində, xüsusilə də İstanbulda bayram tədbirlərinə fəal hazırlıq gedir.

Xatırladaq ki, Çanaqqala döyüşlərinin 100-cü ildönümü aprelin 24-də qeyd olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az