Aktyor Aras Bulut İynemli sevgilisi Bige Önalla öpüşərkən görüntülənib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Çuxur" serialının Yamacı - Aras Bulud İynemli sevgilisi Bige Önalla birlikdə tətilə çıxıb. Cütlük icarəyə götürdükləri yaxta ilə Gocek sahillərdə dolaşır. Son dərəcə xoşbəxt görünən İynemli və Önalın zarafatlaşma anları obyektivə də əks olunub.