Kosta-Rika sahil mühafizə xidməti uğurlu əməliyyat keçirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, xidmət 2 tona yaxın kokaini daşıyan gəmini saxlayıb.
Bildirilir ki, əməliyyat ABŞ tərəfindən ötürülmüş informasiya əsasında keçirilib.
Gəmi Sakit okean sularında saxlanılıb.
Əməliyyat zamanı 3 ekipaj üzvü də saxlanılıb. Saxlanılanların hamısının Kolumbiya vətəndaşları olduğu bildirilir.
Milli.Az