Müğənni Ayan Babakişiyeva repertuarını yeni mahnı ilə zənginləşdirib. ANS PRESS-in məlumatına görə, müğənninin yeni dinamik mahnısı “Bildi sevdiyimi” adlanır.

Sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova məxsus yeni mahnı dinamik, yazın ritminə uyğundur.

A.Babakişiyeva mahnıya klip çəkdirməyi düşünür. Klipdə sənətçi xanımın tərəf müqabili qızı Selena olacaq. Təklifi rejissor tərəfindən alan sənətçi ideyanı bəyənib.

Yaxın günlərə çəkilişi nəzərdə tutulan klipin sujet xətti maraqlı məqamlarla dolu olacaq.
Mənbə
ANS PRESS