[ 22 Aprel 2015 08:16 ]


Bakı-APA. ABŞ prezidenti Barak Obama İrəvanda uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək nümayəndə heyətinin tərkibini elan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bununla bağlı dərc olunmuş rəsmi məlumatda “soyqırımı” sözü  əvəzinə “1915-ci il hadisələri” ifadəsi  istifadə olunmayıb  

 

Məlumata görə, Amerika nümayəndə heyətinə tədbirdə ABŞ maliyyə naziri Ceykob Lyu rəhbərlik edəcək. Nümayəndə heyətinə həmçinin ABŞ-ın İrəvandakı səfiri Riçard Mils, Konqres Nümayəndələr Palatasının üzvləri Ceki Speyer, Frenk Pallone, Anna Eşu və Deyv Trott daxildir.