Bakı, 21 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri (YAP GB) Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrin əl işlərindən ibarət sərgidə iştirak ediblər.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, gənclər universitetdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyində olublar.
Sonra universitetin fəal tələbələri ilə keçirilən görüşdə ölkə gənclərinin respublikamızın ictimai-siyasi həyatında daha fəal olmalarının vacibliyi vurğulanıb.