Kişilərin əyləncə olaraq yoxladığı hamiləlik testi müsbət çıxarsa, hansı xəstəlikdən şübhələnmək lazımdır?
 
Mütəxəssislərin söylədiyinə görə, hamiləlik testi müsbət çıxan kişilər testis (xaya) xərçəngi riskini daşıyırlar.
 
Milli.Az lent.az-a istinadən bildirir ki, testis xərçəngində hamiləlik testinin müsbət çıxması mümkündür. Praktik hamiləlik testi sidikdə HCG-nı (Human Chorionic Gonadotropin) ölçər. Hamiləlik zamanı ifraz olunan bu maddə bəzi xaya şişlərində də ifraz olunur.
 
Testis xərçəngindən nə vaxt şübhələnmək lazımdır?
 
Testis xərçəngində ən çox rastlanan şikayət xayaların ağrısız böyümə və şişməsidir. Müntəzəm səthli bir şişin yaranması əsas əlamətdir. Bəzən isə xayadakı ağrı yeganə əlamət ola bilər.
 
Milli.Az