Qahirə məhkəməsi erməni rəqqasəni ölkənin dövlət bayrağını təhqir etdiyinə görə 6 ay müddətinə azadlıqdan məhrum edib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Safinaz adlı rəqqasəyə qarşı ittihamda bildirilirdi ki, onun ötən il Qırmızı dəniz kurortlarından birində qonaqları əyləndirərkən geyindiyi paltar Misirin dövlət bayrağına bənzəyib.
 
2014-cü ildən Misirdə dövlət bayrağının təhqirinə görə 1 ilədək həbsxana cəzası nəzərdə tutulub.
 
Son illər Misir rəqqasələri islamçıların təsiri altında sıxışdırıldıqlarından şikayət edirlər.

Milli.Az