Beynəlxalq Kosmik Stansiyada işləmək üçün açıq kosmosa çıxan amerikan astronavtlardan biri alət çantasını əlində salıb.

ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) açıqlamasında bildirilir ki, Endeavour kosmik gəmisinin astronavtlarından ikisi günəş paneli mexanizmini yuyub-yağlama işlərinə başlayıblar.
İş vaxtı qadın astronavt Heidemarie Stefanyshyn-Piperin əlindən düşən alət çantası kosmosun ənginliklərində itib.
Məlumatda bildirilir ki, yağlama zamanı astronavtın əli yağ tapançasından sızan yağ səbəbindən sürüşkənləşib və çanta əlindən çıxıb.
NASA-nın əldə etdiyi görüntülərdə astronavt Heidemarie Stefanyshyn-Piper, çantasının ənginliklərdə itib getdiyini görüncə, 'oh, super' deyib.