Makedoniya Prezidenti: III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək mənim üçün qürurvericidir
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanın paytaxtı Bakıda “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək mənim üçün qürurvericidir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu fikir Makedoniya Prezidenti George İvanovun Forumla bağlı müraciətində yer alıb.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən Makedoniya Prezidenti bildirib: “Mən bundan əvvəlki beynəlxalq forumlarda da qeyd etmişəm ki, dünya dəyişmir, o artıq dəyişib. Dünya nizamı gizli böhran içindədir, qlobal qarşılıqlı asılılıq və milli aşınma bizim əvvəlki dünyagörüşümüzü kökündən dəyişib. On ildən az müddətdə biz dünyanın siyasi, təhlükəsizlik və maliyyə nizamında qeyri-sabitliyin şahidi olmuşuq. Bizim bildiyimiz dünya düzəninin qalıq hissələri beynəlxalq qanuni nizamdadır. Bununla belə, bu, həmçinin ciddi bir çağırışdır”.
Makedoniya Prezidenti öz müraciətində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə eyni görüş və məqsədləri bölüşdüyünə inam ifadə edərək deyib: “Mən inanıram ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə eyni görüş və məqsədləri bölüşürük. Mən öz ölkəmdəki həmfikir təşkilatlarla, himayəmdəki Gənc Liderlərin Beynəlxalq Məktəbi, o cümlədən sülh, tolerantlıq, anlaşma, xalqlar və millətlər arasında əməkdaşlıq və s. məqsədləri paylaşan müxtəlif vətəndaş cəmiyyəti təşkilatları ilə yaxından əməkdaşlıq edəcəyəm. Bütün əvvəlki məqsədlərin əsasında etimad dayanır. Onlar etimad üzərində qurulmalıdır, bu da ürəkdən dəstəklənməlidir”.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda bir sıra ölkələrin prezidentlərinin, baş nazirlərinin və xarici işlər nazirlərinin iştirakı planlaşdırılır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51