Fəhlələr təxminən 80 sm dərinliyində xəndək qazanda ağ rəngli daşlar görüblər.
Onlar daşları çıxarmaq istəyəndə onların biri sınıb.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, həmin daşların qəribəliyini görən fəhlələr rəhbərliyə xəbər veriblər, rəhbərlik də hal-qəziyyəni görəndə alimləri çağırıblar.
Çinin cənub-şərqindəki Heyan şəhərində tapılmış bu daşların dinozavr yumurtaları olduğu aşkarlanıb.
Xəndəkdə nə az, nə çox - 49 dinozavr yumurtası varmış. Onların da birini fəhlələr sındırmışdılar.
Fəhlələrdən biri iki yumurtanı oğurlamaq istəsə də, polis onun əməlinin qarşısını alıb, bədəməli yaxalayıb.
Milli.Az





