Azərbaycan, Bakı, 21 aprel /Trend/
Bakıda iki avtomobil toqquşub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda “Ford” və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər “Ford” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az