Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə start verilib
"Report" xəbər verir ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Memarlar İttifaqının təşkilatıçılığı və Beynəlxalq Memarlar İttifaqının yardımı ilə keçirilir. Bu, açıq müsabiqədir, iki ildən bir, 1 mərhələdə aparılır. Müsabiqədə iştirak pulsuzdur.
Müsabiqənin məqsədi – şəhərsalma və memarlıq həllərinin inkişafı və həyata keçirilməsi, binaların və tikililərin daha mənalı layihələndirilməsi, kompozisiya, həcm-məkan həllərinin axtarışı üçün yeni ideyaların aşkara çıxarılması, maksimal müxtəlifliyə nail olmaq üçün konstruktiv ideyaların həyata keçirilməsindən ibarətdir.
Müsabiqə "İctimai memarlıq sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Yaşayış memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Həyata keçirilmiş ən yaxşı interyer", "Həyata keçirilməmiş ən yaxşı layihə", "Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Memarlıq sahəsində ən yaxşı nəşr" nominasiyaları üzrə keçirilir.
Müsabiqədə diplomlu memarlar iştirak edə bilərlər. Hər bir iştirakçı hər nominasiya üzrə yalnız bir layihə təqdim edə bilər.
Mükafat fondu təşkilatçılar tərəfindən 52,5 min manat məbləğındə müəyyən edilib. Hər nominasiyada birinci mükafat 4 min, ikinci mükafat 2,5 min, üçüncü mükafat isə 1 min manat təşkil edir.
Müsabiqə layihələrinin qiymətləndirilməsi üçün Beynəlxalq Münsiflər heyətinin tərkibinə Tomas Vonyer (Thomas Vonier, BMİ-nin baş katibi, ABŞ), Mişel Barmaki (Michel Barmaki, BMİ-nin sabiq baş katibi, Livan), Vasilis Sqoutas (Vassilis Sgoutas, BMİ-nin sabiq prezidenti, Yunanıstan), Heydər Əli (Hayder Ali, BMİ-nin vitse-prezidenti, Sudan), Katrin Jakuot (Catherine Jacquot, Fransa Milli Memarlar İttifaqının prezidenti), Elbəy Qasımzadə (Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri) daxildir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10