[ 21 Aprel 2015 17:29 ]



Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakı və Abşeron rayonunun bir neçə yaşayış məntəqəsinin içməli su təchizatında fasilələr olacaq.

 

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aprelin 22-də saat 08:00-dan 23:00-dək Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə,  Yeni Biləcəri yaşayış  sahəsinə içməli su məhdudiyyətlə veriləcəkdir.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.