"1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa çağıran bəzi ölkələr heç Ermənistanın harada yerləşdiyini də bilmir".

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri naziri Volkan Bozkır bildirib.

Nazirin sözlərinə görə, Türkiyə 1915-ci il hadisələrinin siyasiləşdirilməsinin əleyhinədir.

O əlavə edib ki, 1915-ci il hadisələri o dövrdə Osmanlı imperiyasında yaşamış bütün xalqlar üçün ümumi faciədir.

ABŞ prezidentinin gözlənilən çıxışı barədə sualı şərh edən V.Bozkır qeyd edib ki, Ankara Obamanın “soyqırım” ifadəsi işlətməyəcəyinə ümid edir.

Milli.Az