Cənubi Koreyanın Baş naziri Li Van Qu sahibkarın intiharından sonra ölkədə alovlanmış korrupsiya qalmaqalının fonunda istefa verib. İddiaya görə, nazir rüşvəti yüksək vəzifəli şəxslərə verib.

ANS PRESS-in məlumatına görə, o, istefa haqqında ərizəni ölkə prezidenti Pak Kın Xeyə təqdim edib. Dövlət başçısı onun ərizəsinə hələ baxmayıb. Baş nazir ərizəsində rüşvət almasını inkar edib.

Prezident Pak Kın Xe bundan əvvəl korrupsiya qalmaqalında adı hallanan bütün günahkarların cəzalandırılmasına söz verib. O deyib ki, hakimiyyət orqanlarında korrupsiyanın istənilən təzahürü ilə mübarizə aparacaq.

Koreya sahibkarı Sun Van Çon ötən il avqustun əvvəlində asılmış vəziyyətdə tapılıb. O, ölümünə az qalmış ölkənin ən yüksək hakimiyyət orqanlarında korrupsiya haqqında müsahibə verib. İntihar zamanı onun cibində prezidentə yaxın hesab edilən bir neçə tanınmış siyasətçinin adları olan siyahı aşkarlanıb. Siyahıda onların Sun Van Çondan rüşvət kimi aldıqları məbləğ yazılıb. Onların arasında Cənubi Koreyanın Baş naziri Li Van Qunun adı da var və o, təqribən 27 min dollar alıb.

Mənbə
ANS PRESS