Bakı. 21 aprel. REPORT.AZ/ "İran tərəfi hazırda Rəşt-Astara dəmir yolu tikintisi üçün sərmayə cəlb olunması məsələsi ilə məşğuldur".
"Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin mətbuat konfransında bildirib. 
Səfir qeyd edib ki, bu məsələ layihədə iştirak edən bütün ölkələr üçün vacibdir, o şimal və cənub arasında dəhlizin yaradılmasına imkan verəcək: "İnanırıq ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq".
Astarada İran və Azərbaycan arasında körpü tikintisi ilə bağlı danışan M.Pak Ayin tərəflər arasında bu məsələ ilə əlaqədar artıq razılığın əldə olunduğunu vurğulayıb.