İKT üzrə fəaliyyət göstərəcək QHT yaradıldı
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində belə bir təşkilatın – “İntellektual İnkişaf Naminə” İctimai Birliyinin (İİNİB) ictimaiyyət üçün təqdimatı keçirilib.
Birliyin təsisçisi və rəhbəri Mədinə Əliyeva rəhbərlik etdiyi təşkilatın yaranma zərurətindən danışaraq bildirib ki, hazırda dünyanın inkişaf etmiş ölkələrində informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatın əsas hissəsini təşkil edir.
Azərbaycanda da İKT sektorunun gündən-günə inkişaf etdiyini vurğulayan təsisçi qeyd edib ki, hökumət bu sahəni prioritet elan edərək lazım olan bütün addımları atıb və atmaqdadır.
O vurğulayıb ki, hazırda informasiya-kommunikasiya texnologiyaları insan həyatının bütün sahələrinə sirayət edib. Bununla yanaşı, yeni texnologiyadan gənclərin daha çox istifadə etdiyini önə çəkən M.Əliyevanın sözlərinə görə, adıçəkilən birlik gənclər arasında İKT-nin təbliği istiqamətində geniş maarifləndirmə işləri aparmağı planlaşdırır:
“Biz öz məqsədlərimizə çatmaq üçün gənclərimizin İKT sahəsində yeni xidmətlərin təbliğində fəal iştirakını təmin edəcəyik. Bununla əlaqədar olaraq müxtəlif seminarlar, treninqlər, debatlar təşkil etməyi planlaşdırmışıq. Üstəlik, tələbə gənclərin maariflənməsinə kömək məqsədi ilə İKT və yeni texnoloji xidmətlər haqqında maarifləndirici nəşrlər hazırlayacağıq”.
Rəhbərlik etdiyi birliyin ölkədə vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcəyini qeyd edən M.Əliyeva bildirib ki, bunun üçün beynəlxalq təcrübədən yararlanmaqla müxtəlif proqramlar həyata keçiriləcək.
Sonra Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov ölkədə aparılan informasiya siyasətindən, İKT-nin inkişafı istiqamətində qəbul edilən strategiyadan söz açıb. O, Azərbaycanın son illərdə digər sahələrdə olduğu kimi, İKT və qeyri-hökumət təşkilatları sahəsində də sıçrayışlı inkişafa nail olduğunu qeyd edərək yeni yaranan QHT-nin də vətəndaş cəmiyyətinin inkişaf etməsində öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib.
S.Orucov vurğulayıb ki, Azərbaycan hökuməti gənclərin bilik və bacarıqlarını üzə çıxartmaq istiqamətində çox böyük meydan yaradıb. Onun sözlərinə görə, dövlət gənclərə nəinki maddi yardımlar etməyə, eyni zamanda onları məkan və informasiya ilə təchiz etməyə hazırdır:
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Elm Fondu, Bilik Fondu gənclər üçün açıqdır və hər bir Azərbaycan vətəndaşı bu fondlara müraciət edərək öz layihələrinin maliyyələşdirilməsini həyata keçirə bilər”.
“İntellektual İnkişaf Naminə” İctimai Birliyinin ölkədə həyata keçirilən elektronlaşma, açıq hökumət, İKT layihələrinin təbliği və geniş ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərəcəyini vurğulayan S.Orucov onlara bu işdə uğurlar arzulayıb.
Seymur Qasımbəyli
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10