Məşhur supermodel və fitnes təlimatçısı Sara Steyc ötən çərşənbə axşamı ana olub. O, Ceyms Hanter adlı oğlunu dünyaya gətirib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 30 yaşlı S.Steyc doğuşundan cəmi bir həftə keçməsinə rəğmən, vücudunda ciddi dəyişikliklər olmadığını göstərmək üçün yeni fotolarını İnstagram-dakı profilində paylaşıb.
Fotolar yarıçılpaq pozalarda çəkilib.
Los-Anceles sakini Steyc hamiləliyinin son həftələrində belə fotolarını paylaşdığı üçün sərt tənqid olunmuşdu.
Milli.Az














