Rusiyada yaşanan seks qalmaqalı dünya mətbuatına sızıb.

ANS PRESS-in məlumatına görə, kadrlarda paytaxt Moskvada yerləşən Rusiya parlamentinin binasının görüntüləri yer alıb.

Videokamera hökümət binasındakı kabinetlərin birinin pencərəsini nişan alıb. Videonu yerləşdirənlər kabinetdəki cütlüyün sekslə məşğul olduğunu iddia edirlər.

Videonun 2013-cü ildə çəkildiyini bildirsələr də, nədənsə onu ictimaiyyətə indi təqdim etməyi qərara alıblar.

Rusiya parlamentindən görüntülərlə bağlı heç bir açıqlama verilmir.

Mənbə
ANS PRESS