Bakı. 21 aprel. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Merqvelaşvili aprelin 24-də Yerevanda keçiriləcək qondarma "erməni" soyqrımının 100 illiyinə həsr olunan tədbirlərdə iştirak etməyəcək. "Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu haqda Gürcüstan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Tengiz Pxaladze məlumat verib. 
O qeyd edib ki, həmin günlərdə Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstanda rəsmi səfərdə olacaq. i ilə əlaqələndirib. Ona görə də Georgi Merqvelaşvili Tibilisini tərk etməyəcək. 
Bir müddət öncə Gürcüstan hökumətinin nümayəndələri də baş nazir İrakli Qaribaşvilinin aprelin 23-24-də Yerevana səfər edəcəyini təsdiqləməyib.
Gürcüstan parlamenti də 1915-ci illə bağlı məsələyə baxmaqdan imtina edib.