Sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 5-8˚, gündüz 12-16˚ isti olacaq.

Aprelin 22-də Azərbaycanın rayonlarında bəzi şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 6-11˚, gündüz 15-20˚, dağlarda gecə 0-5˚, gündüz 8-13˚ isti olacaq.
Mənbə
ANS PRESS