Mingəçevir şəhəri, Nərimanov prospektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1990-ci il təvəllüdlü  Elvin Qarayev idarə etdiyi “VAZ 21 154” markalı 99 BR 825 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən naməlum qadın piyadanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az