Bakıda “Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilib
Çıxış edən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasəti ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə davam etdirir: “Bu inkişafda təbii ki, elmin xüsusi rolu var. Ona görə də hər kəs elmə yiyələnməyi əsas götürməlidir”.
Deputat Fəttah Heydərov deyib ki, konfransda tarixi həqiqətlər, dünyada olan mövcud vəziyyətlər müzakirə olunacaq: “Azərbaycan artıq dünya miqyasında öz həqiqi yerini tutmağa başlayıb. Eyni zamanda, ölkəmiz nümunə götürüləcək dövlətə çevrilib. Dünyada Heydər Əliyev işığını görən hər kəs onun ildönümünə ciddi hazırlaşır. Çünki ölkəmizin bugünkü uğurları məhz onun adı ilə bağlıdır. O, xalqın bütün faciələrinə son qoyaraq inkişaf edən Azərbaycanın müstəqilliyinin qazanılmasınsa misilsiz rol oynadı”.
F.Heydərov həmçinin əlavə edib ki, tədbirin adının məhz Qarabağla bağlı olması heç də təsadüfi deyil: “Çünki 20 ildən çoxdur ki, ermənilər və onların arxasında duran qüvvələr ikili standartlardan əl çəkərək Dağlıq Qarabağ məsələsini həll etmək istəmirlər. Bütün dünya ictimaiyyəti işğal olunan torpaqların Azərbaycana aid olduğunu etiraf edir. Lakin torpaqların geri qaytarılması üçün üzərinə öhdəlik götürən təşkilatlar, eləcə də heç kim torpaqların qaytarılması üçün təşəbbüs göstərmək istəmir. Ona görə də işğal olunan torpaqlarımızı geri qaytarmaq üçün hər kəs yalnız ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşməlidir. Bunun üçün də xalqın və gənclərin birləşməsinə ciddi ehtiyac var”.
AMEA-nın vitse-prezidenti, deputat İsa Həbibbəyli isə qeyd edib ki, Azərbaycan artıq hücum taktikasını elmi əsaslarla həyata keçirməyə başlayıb: “Bu istiqamətdə mühüm işlər görülür. Hətta Akademiyada Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması ilə bağlı xüsusi komissiya da yaradılıb”.
Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünün keçiriləcəyini xatırladan İ.Həbibbəyli əlavə edib ki, “Qarabağ tədqiqatları” mövzusunda belə konfransın keçirilməsi də bu istiqamətdə atılan addımların tərkib hissəsidir.
Deputat Musa Qasımlı “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddiaları” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımlar, erməni diasporunun məkrli fəaliyyəti və təcavüzləri barədə, həmçinin Elmin İnkişafı Fondunun 8 may 2012-ci ildən təsis edərək keçirdiyi “Şuşa qrantı” müsabiqələri çərçivəsində yerinə yetirilən uğurlu elmi-tədqiqat layihələri üzrə alınan nəticələr haqqında elmi məruzələr dinlənilib.
Məruzələr Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddialarını, Ermənistanın Azərbaycana təcavüzü məsələsində böyük dövlətlərin və beynəlxalq təşkilatların mövqeyini, Azərbaycanda məcburi köçkünlərin sağlamlıq vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini, Qarabağ geyimlәrini, Şuşa şәhәrinin 3D modeli və kosmik təsvirlər əsasında mövcud vәziyyәtin qiymәtlәndirilmәsini, Qarabağda xalq oyunları və meydan tamaşalarını, Qarabağdakı Nərgiztəpə arxeoloji abidələr kompleksi üzrə tədqiqatları, Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyasını əhatə edib.
Qeyd edək ki, konfrans materialları kitab şəklində çap olunacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51