[ 21 Aprel 2015 11:15 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda 78 yaşlı kişi intihara cəhd edib.

 

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1937-ci il təvəllüdlü Fərid Babayev qollarının kəsilmiş- deşilmiş xəsarətləri və dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olub. Onun intihar etmək məqsədi ilə qollarını doğradığı və çoxlu sayda həb qəbul etdiyi bildirilir.

 

 

Faktla bağlı araşdırma aparılır.