Rusiyada "Miss Rusiya-2015" gözəllik musabiqəsinin finalı keçirilib. Müsabiqənin qalibi Yekaterinburq şəhərindəki Ural Federal Universitetinin tələbəsi Sofiya Nikitçuk olub.
 
Şou Moskva yaxınlığındakı Barvixada yerləşən "Luxury Village"də təşkil edilmişdi.
 
Müsabiqəyə 50 xanım qatılmışdı.
 
Milli.Az İnterfaks-a istinadən bildiririr ki, E.Nikitçuka mükafat qismində ağ qızıldan hazırlanaraq brilyantlar və mirvari ilə bəzədilmiş tac, 3 milyon rubl, avtomobil, habelə "Miss World" və "Miss Universe" gözəllik müsabiqələrində Rusiyanı təmsil etmək hüququ verilib.
 
Milli.Az