Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, diametri 530 mm-lik “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərinin bir hissəsinin kipliyinin yoxlanılması məqsədi ilə bu gün saat 10:00-dan 15:00-dək Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Milli.Az