Mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turniri davam edir. ANS PRESS-in məlumatına görə, bu gün IV turun oyunları keçirilib.

Yalnız bir görüşdə - Uesli So - Rauf Məmmədov duelində qalib müəyyənləşib. Turnirdəki iki təmsilçimizdən biri olan Rauf turu məğlubiyyətlə başa vurub.

Turun qalan oyunları "sülh"lə bitib. Şəhriyar Məmmədyarov Aniş Giri ilə, Maykl Adams Maqnus Karlsenlə, Fabiano Karuana Maksim Vaşye-Laqravla, Vladimir Kramnik isə Vişvanatan Anandla xalları yarı bölüb.

Shamkir Chess 2015
IV tur
20 aprel

Maykl Adams (İngiltərə, 2746) - Maqnus Karlsen (Norveç, 2863) 0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Fabiano Karuana (İtaliya, 2802) 0,5:0,5
Aniş Giri (Hollandiya, 2790) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2783) - Vişvanatan Anand (Hindistan, 2791) 0,5:0,5
Uesli So (ABŞ, 2788)- Rauf Məmmədov (Azərbaycan, 2658) 1:0

Turnir cədvəli: So - 3,5 xal; Karlsen - 3; Kramnik - 2,5; Vaşye-Laqrav, Anand - 2; Məmmədov, Qiri, Karuana, Məmmədyarov - 1,5; Adams - 1.
Mənbə
ANS PRESS