Azərbaycanlını öldürən erməni haqda Şıxlınski ANS-ə danışdı (VİDEO)
ANS TV-nin məlumatına görə, Rusiyanın Yekaterinburq şəhərinin Çkalov rayonunda milliyyətcə ermənilərdən ibarət 6 nəfərlik dəstə azərbaycanlı Emil Hüseynovu bıçaqla qətlə yetirib, daha 3 həmvətənlimizi isə küt alətlərlə yaralayıblar.
Hadisə ötən gün səhər saatlarında rayonun Alpinistov küçəsində “Azərbaycan mətbəxi” restoranının qarşısında baş verib. Tiqran Çiçakyan Emil Hüseynovu bayıra söhbətə çağırıb. Bu zaman digər ermənilər də restorandan çölə çıxıblar və həmvətənlimizi təhqir ediblər.
Diaspora rəhbəri Şahin Şıxlınski deyir ki, “Azərbaycan mətbəxi” adlanan restoranda bir qrup azərbaycanlı bir araya gələrək ad günü keçirirmişlər: “Saat 5:30 radələrində milliyyətcə ermənilərdən ibarət 6 nəfərlik dəstə sözügedən restorana gələrək orada otururlar. Bu arada restoranda Azərbaycan musiqisi səsləndirilirmiş. Azərbaycanlılar isə Azərbaycan musiqisinin sədaları altında rəqs edirmişlər. Ermənilər 30 dəqiqə restoranda oturduqdan sonra çölə çıxırlar. Çıxanda isə azərbaycanlılardan bir nəfərini çölə çağırırlar. Bundan sonra ermənilər başlayırlar çöldə azərbaycanlını təhqir etməyə. Ermənilərdən ikisinin əlində soyuq silah, qalanlarının əlində isə armatur və dəyənək olub. Ermənilər başlayırlar azərbaycanlıya əllərindəki küt alətlərlə zərbə edirməyə. Bu zaman ermənilərdən biri əlindəki soyuq silahla Elnurun ürək nahiyəsinə zərbə endirir. Nəticədə Elnur hadisə yerindəcə dünyasını dəyişir”.
Bundan sonra ermənilər avtomobilə oturaraq hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları qətllə nəticələnən hadisəni törədən 6 milliyyətcə ermənidən 5-ni həbs edib. Minə yaxın azərbaycanlı Rusiya DİN regional şöbəsinin qarşısında toplaşaraq hadisənin obyektiv araşdırılmasını və cinayətkarların cəzalandırılmasını tələb edib.
İstintaq komitəsi hadisəni milliləşdirməməyə çağırış etsə də, ermənilərin bu hadisəni qəsdən törətdiyi, əvvəlcədən planlaşdırdığı məlum olub.
Azərbaycan icmasının rəhbəri Şahin Şıxlınski ANS-ə bildirdi ki, bir neçə gün əvvəl azərbaycanlılar ermənilərin Yekaterinburqda qondarma soyqırımla bağlı kütləvi tədbirinin qarşısını alıblar. Həmvətənlilərimiz şəhər rəhbərliyinə müraciəti ilə ermənilərin aksiyasına icazə verilməyib. İstisna edilmir ki, azərbaycılının qətlə yetirilməsi də qisas xarakteri daşıyıb.
Öldürülən 27 yaşlı Emil Hüseynovun cənazəsi gecə saatlarında vətənə gətiriləcək. Emil futbolla məşğul olub. O, futbolçu karyerası ərzində “Neftçi” və fəaliyyətini dayandırmış “Karvan” və “Abşeron” komandalarının formasını geyinib.
Mənbə
ANS TV: İlkin Kərimov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10