Bakı, 20 Aprel, AZƏRTAC 
Britaniyalı saatsaz Con Harrison 1776-cı ildə zamanı dəqiq göstərə bilən “ideal saat” ixtira etmişdi.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aradan 250 il keçməsinə baxmayaraq, saatsazın yaratdığı bu saat hələ də öz dəqiqliyini saxlamaqdadır.
XVIII əsrdə Britaniya hərbi dəniz qüvvələrinin inkişafının ən yüksək dövrünü yaşayırdı. Krallığın mütəxəssisləri dənizdəki gəmilərin hərəkətini izləmək üçün maksimal dəqiq üsul axtarırdılar və onu icad edənə indiki pulla təqribən 6 milyon ABŞ dolları vəd etmişdilər.
Kəfgirli saatın ixtiraçısı 80 yaşlı Con Harrisonun Krallığın donanması üçün kəşf etdiyi bu üsulu o zaman həmkarları qəbul etməsələr də, onun ölümündən sonra digər saatsaz Martin Berces onun vaxtı ən dəqiq ölçən mexanizm olduğunu sübut etmişdi.
Ginnesin rekordlar kitabına əsasən, Con Harrison ən dəqiq kəfgirli saatı kəşf edib. Onun saatı 100 gün ərzində cəmi 5-8 saniyə itirir.