Kürdəmir, 20 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı aprelin 20-də Kürdəmirdə qanvemə aksiyası keçirib.
Təşkilat şöbəsinin müdiri Gülnarə Abbasova AZƏRTAC-a bildirib ki, aksiya talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün keçirilir. Qanvermə aksiyası respublikamızın bütün şəhər və rayonlarını əhatə edəcək.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində təşkil edilən qanvermə aksiyasında Kürdəmir sakinləri yüksək fəallıq nümayiş etdiriblər. Hərtərəfli müayinədən sonra 132 nəfər könüllüdən qan alınıb.